Postu göstər

.
Prohack
Azərbaycanda bəzi yaxşı domenləri niyə illərlə saxlayırlar? 🤔

Məsələn, demo.az, mail.az, milyoncu.az, qeydiyyat.az kimi domenlər var. Bəzilərinin saytları illərdir işləmir, hətta hosta belə qoşulmayıb. Domen sadəcə sahibinin üzərində qalır.

Ən maraqlısı isə budur ki, özləri də istifadə etmir, satmırlar, başqasına vermirlər. 😄

Adam fikirləşir, qarın qurdu deyim, domen sevgisi deyim, nə deyim buna? 😂

Tutaq ki, kimsə həmin domenlə real və faydalı layihə qurmaq istəyir. Sahibinə yazırsan — ya cavab yoxdur, ya da satmaq fikri yoxdur. Domen isə illərlə heç bir işə yaramadan qalır.

Məncə, yaxşı domeni illərlə hostasız və fəaliyyətsiz saxlamağın nə məntiqi var, maraqlıdır.

Sizcə, bu domen sahibləri nə düşünür? Gələcəkdə istifadə etmək üçün saxlayırlar, domenin qiymətinin artmasını gözləyirlər, yoxsa sadəcə “mənimdir, vermirəm” prinsipidir? 😄