Azərbaycanda bəzi yaxşı domenləri niyə illərlə saxlayırlar?

71
.
Prohack Marşal Administrator
Azərbaycanda bəzi yaxşı domenləri niyə illərlə saxlayırlar? 🤔

Məsələn, demo.az, mail.az, milyoncu.az, qeydiyyat.az kimi domenlər var. Bəzilərinin saytları illərdir işləmir, hətta hosta belə qoşulmayıb. Domen sadəcə sahibinin üzərində qalır.

Ən maraqlısı isə budur ki, özləri də istifadə etmir, satmırlar, başqasına vermirlər. 😄

Adam fikirləşir, qarın qurdu deyim, domen sevgisi deyim, nə deyim buna? 😂

Tutaq ki, kimsə həmin domenlə real və faydalı layihə qurmaq istəyir. Sahibinə yazırsan — ya cavab yoxdur, ya da satmaq fikri yoxdur. Domen isə illərlə heç bir işə yaramadan qalır.

Məncə, yaxşı domeni illərlə hostasız və fəaliyyətsiz saxlamağın nə məntiqi var, maraqlıdır.

Sizcə, bu domen sahibləri nə düşünür? Gələcəkdə istifadə etmək üçün saxlayırlar, domenin qiymətinin artmasını gözləyirlər, yoxsa sadəcə “mənimdir, vermirəm” prinsipidir? 😄
.
LatiX Marşal Supervayzer
Forum Administrator
Men xarici domenler aliram ve bid qoyuram birde mail ) hostada qosmusam hamisin )
.
bySP!D3R General
Çox maraqlıdır həqiqətən))
.
Prohack Marşal Administrator
LatiX, Domain Parkinksen sen)
.
Prohack Marşal Administrator
bySP!D3R, Mence isdemirler kimse qabaga getsin)) qarinlarin qurdunnnan
.
LatiX Marşal Supervayzer
Forum Administrator
Prohack, Bu deqe chox adam .com domenine qacir niye ?)) menasizdir axi )))
men bir cox lahiyye domenlerini .cc .ai .io .org ile alib saxlamisam bid veziyyetinde )) yuksek verem olsa satacam )) ve bu isi artiq 1 ildi gorurem )))